“Qadın Hüquqlarının qorunması və gender bərabərliyi” adlı layihəyə yekun vurulub
Qadın Haqları və Gender Bərabərliyi İctimia Birliyi Azərbaycan Prezidenti Respublikası yanında Qeyri-hökümət təşkilatlarına Dəstək Şurası tərəfindən maliyyələşən “Qadın Hüquqlarının qorunması və gender bərabərliyi” adlı layihəyə yekun vurub.
Təşkilatın və layihənin rəhbəri layihənin bütün mərhələlərinin uğurla başa çatdırılması haqqında məlumat verdi. Layihənin icrası üçün bütün inzibati və adminstrativ işlər həll edildi, ictimai müzakirə üçün gərəkli olan paylama, sorğu materialları hazırlanmış, Şirvan, Bərdə , Gəncə, Xaçmaz, Lənkəran şəhərlərində ictimai müzakirələr təşkil olunub.
Layihə çərçivəsində təşkilat fəaliyyət göstərdiyi regionda yerli icma, hüquq-mühafizə orqanlarının əməkdaşları, dövlət orqanları, təhsil sektoru, mədəniyyət sektoru, bələdiyyə ilə əlaqələr quraraq əməkdaşlıq etmiş, əlaqələrini daha da genişlətmiş və təcrübəsini artırmışdır.
Aparılan maarifləndirmə tədbirlərində isə 100-ə yaxın ictimai aktiv şəxslər iştirak ediblər. Layihənin həyata keçməsi həm də təşkilatın fəaliyyətinin artmasına və müəyyən qism əməkdaşların xidmət göstərərək yararlanmasına şərait yaradıb. Təşkilatın rəhbəri Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına layihəmizə dəstək verdikləri üçün təşəkkür edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uşaqların yaddaşı və məntiqi düşüncəsi zəifləyə bilər
Sosial şəbəkələrdə yayılan bu sənəd saxtadır
Pensiya kapitalında dəyişikliklərə dair rəsmi açıqlama
Hamilə müəllimə ilə müqavilə bağlanmamasının səbəbi açıqlandı
Qadınlara hamiləlik və doğum müavinətində mühüm yeniliklər
Şəhid ailələrinə 20 min manat müavinət veriləcək
Sosial şəbəkələrdəki ölümcül trend: bu qarışıq təhlükə saçır