28.06.2018 - 13:55
Maraqlı 1 baxış

Qadağan edilmiş mahnılar - Üsyan, intihar, inqilaba çağırış, eşşək... - VİDEO

Günümüzdə musiqi insan həyatının böyük bir hissəsini əhatəsinə aldığı hər kəsə məlumdur. Hər bir ölkənin də özünə xas musiqi janrları və anlayışları mövcuddur. Bu baxıma türk musiqisi də musiqi dünyasına qiymətli əsərlər bəxş edib.

Oxunan mahnıların musiqisi qədər, sözləri də insanlara təsir göstərir. Bəzən mahnıların sözləri o qədər təsiredici olur ki, insanların, xüsusi ilə də yeniyetmələrin intiharına belə səbəb olur. 90-ların sonu 2000-lərin əvvəlində Türkiyədə ifa olunan bəzi mahnıların qadağan olunması barədə xəbərlər yayıldı.

Minval.info indi sizə lüzumsuz yerə yayımı qadağan olunmuş musiqiləri təqdim edir.

Adnan Şənsəs – “Doldur meyhaneci”

https://www.youtube.com/watch?v=WMEJGmQ1nsQ

Adnan Şənsəs Türkiyədə oxuduğu alaturka musiqilərlə özünə şöhrət qazanmış ifaçılardandır. Lakin ifa etdiyi bu musiqi insanları içki aludəçisinə çevirdiyi düşünülərək yayımına qadağa qoyulub.

İbrahim Tatlısəs – “Günəş doğmayacaq üstümə”

https://www.youtube.com/watch?v=Lt0SAeKmcyE

Türk musiqisinin imperatoru adlandırılan Tatlısəsin bu mahnısı qara siyahıya düşənlərdəndir. Belə ki, mahnının insanların ruh halını pozduğu və onları intihara apardığı əsas gətirilərək yayımı dayandırılır.

Şenay – “Hayat bayram olsa”

https://www.youtube.com/watch?v=scE1KJMygn0

Yeşilcam musiqi tarixinin ən sevilən mahnılarında olsa da qara siyahıya düşməkdən qurtulmayıb. Dillər əzbərinə çevrilən mahnının insanları kommunizmə səslədiyi əsas gətirələrək qadağan olunur. Mahnının “bütün dünya buna inansa, bir inansa. Həyat bayram olsa, insanlar əl-ələ tutuşsa, birlik olsa, uzansaq sonsuza” misralarının buna sübut olduğunu söyləyirdilər.

Ləman Sam – “Anladım ki”

https://www.youtube.com/watch?v=4878sGVntC4

Bu mahnının qadağan olunması səbəbi insanlar tərəfindən birmənalı qarşılanmayıb. Türk qadınına yaraşmayan əxlaqın təbliğ olunduğu, qadınların tanımadığı kişi ilə salamlaşmasının yanlış olması səbəbi ilə mahnıya qadağa qoyuldu. (mahnının sözlərinə əsasən).

Murat Kekilli – “Bu akşam ölürüm”

https://www.youtube.com/watch?v=ccrRsyQBGmw

Bir zamanların trendinə çevrilən bu mahnı ətrafında da böyük qalmaqallar yaşanıb. Mahnının yayımından sonra 17 gəncin intihar etməsi hər kəsdə şok effekti yaratdı. Türk gəncliyini intihara aparmasını əsas gətirilərək bu mahnını da qara siyahıya salınır.

Cem Qaraca – “Namus Belası”

https://www.youtube.com/watch?v=_1LsnkRPcRE

Türkiyənin məşhur rok ifaçılarından olan Cem Qaracanın bu mahnısının sözlərində pis nümunə ola biləcək misraların olması əsas gətirilərək qadağan olunur.

Barış Manço – “Arkadaşım eşşek”

https://www.youtube.com/watch?v=p1lGR0LC_2s

Bu mahnının qadağan olunma səbəbi bir xeyli gülüncdür. TRT mahnı ilə əlaqədar verdiyi açıqlamada heç kimin eşşəklə dost ola bilməyəcəyini, əgər Barış Manço mahnının yenidən efirlərdə səslənməsini istəyirsə, eşşəyi quzu ilə dəyişdirməli olduğunu söyləmişdilər.

Orxan Gəncəbay – “Batsın bu dünya”

https://www.youtube.com/watch?v=2zQEeDliNx0

Bu mahnının qadağan olunmasına səbəb isə içərisində mövcud sistemin dəyişdirilməsinə və üsyana çağırış motivlərinin olmasıdır.

Təbii ki, bu musiqilərin nə qədər yayımına qadağa qoyulsa da, gətirilən səbəblərin sudan səbəb olması qoyulmuş qadağaları bir müddət sonra aradan götürdü. Və bu musiqilərə layiq olduğu “azadlıq” verildi.

Məleykə Ağasoy

Minval.info

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: