30.09.2026 - 11:07
Qaçırıldığı bildirilən təyyarə Səudiyyə Ərəbistanına eniş etdi
Hadisə 2 baxış

Qaçırıldığı bildirilən təyyarə Səudiyyə Ərəbistanına eniş etdi

Qaçırıldığı bildirilən bir sərnişin təyyarəsi Səudiyyə Ərəbistanında eniş edib. Təyyarənin Dubaydan İsrailə uçduğu və “Flydubai” aviaşirkətinə məxsus olduğu bildirilir.

Minval.info xəbər verir ki, yerli media mənbələrinin məlumatına görə, uçuş zamanı təyyarə 7500 kodlu siqnal verib. Bu siqnal aviasiya dünyasında təyyarənin qaçırılması və ya qanunsuz müdaxilə edilməsi kimi qəbul olunur.

“The Times of Israel”in məlumatına əsasən, hadisənin təfərrüatları hələ açıqlanmayıb. Siqnalın verilmə səbəbi və təyyarədəki sərnişinlərin vəziyyəti ilə bağlı əlavə məlumatlar gözlənilir.

Rəsmi qurumların məsələ ilə bağlı açıqlama verməsi gözlənilir. Hazırda hadisə ilə əlaqədar araşdırmalar davam edir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: