21.11.2026 - 11:24
Çoxmərtəbəli yaşayış binalarında təlim keçirildi
Hadisə 225 baxış

Çoxmərtəbəli yaşayış binalarında təlim keçirildi

Mündəricat

Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən çoxmərtəbəli yaşayış binalarında yanğın təhlükəsizliyi üzrə təlim keçirilib. Publika.az xəbər verir ki, bu təlim Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü və Dövlət Yanğından Mühafizə Xidmətinin iştirakı ilə təşkil olunub.

Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata görə, təlim “şərti yanğın” həyəcan siqnalı ilə başlayıb. Təlimin məqsədi yanğın texnikalarının yaşayış binalarına və su hovuzlarına yaxınlaşma imkanlarını və ümumi əməliyyat şəraitini qiymətləndirmək olub.

Təlim zamanı şəxsi nəqliyyat vasitələrinin nizamsız park edilməsi yanğın avtomobillərinin binalara yaxınlaşmasına mane olduğu aşkar edilib. Həmçinin, binaların ilkin yanğınsöndürmə vasitələri ilə təminatında və elektrik sistemlərinin tələblərə uyğun olmasında çatışmazlıqlar müəyyən edilib.

Təlim nəticəsində aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün binaların yanğın təhlükəsizliyinə cavabdeh şəxslərə müvafiq tapşırıqlar verilib. Eyni zamanda, sakinlərlə yanğın təhlükəsizliyi mövzusunda maarifləndirmə işləri aparılıb.

Əlavə olaraq, yanğın və fövqəladə hallarda xilasetmə və yanğınsöndürmə texnikalarının maneəsiz hərəkət etməsi üçün avtomobillərin düzgün park edilməsi barədə tövsiyələr verilib.

XƏBƏRİN VİDEOSU

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: