20.11.2026 - 14:34
Türkiyədə “Bayqaralar”a qarşı böyük əməliyyat: 101 nəfər saxlanılıb
Hadisə 288 baxış

Türkiyədə “Bayqaralar”a qarşı böyük əməliyyat: 101 nəfər saxlanılıb

Türkiyədə genişmiqyaslı xüsusi əməliyyat çərçivəsində “Bayqaralar” kimi tanınan silahlı cinayətkar qruplaşmaya qarşı tədbirlər həyata keçirilib. Publika.az-ın məlumatına görə, bu barədə Türkiyənin ədliyyə naziri Akın Gürlek açıqlama verib.

Əməliyyat ölkənin 13 əyalətində keçirilib və 138 şübhəli şəxs müəyyən edilib. Hüquq-mühafizə orqanları tərəfindən 135 ünvanda axtarış aparılıb və nəticədə 101 nəfər saxlanılıb. Qalan 37 nəfərin axtarışı davam etdirilir və onlardan 23-ü xaricdə gizlənir.

Adana Prokurorluğu tərəfindən idarə olunan istintaq çərçivəsində qrup üzvlərinin iş adamlarından zorla pul tələb etdikləri və imtina hallarında onların müəssisələrinə hücumlar etdikləri iddia olunur.

İstintaqın məlumatına görə, təqsirləndirilən şəxslərin qəsdən adam öldürmə, bədən xəsarəti yetirmə, soyğunçuluq, silahla hədələmə və qanunsuz azadlıqdan məhrum etmə kimi ağır cinayətlərdə iştirakları araşdırılır.

Qalan təqsirləndirilən şəxslərin saxlanılması üzrə işlər intensiv şəkildə davam etdirilir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: