Qaçaqmalçılıqda ittiham edilən vəzifəli şəxs tutuldu
Azərbaycan Baş Prokurorluğu, Ukrayna ilə apardığı danışıqlar və beynəlxalq prosedurlara uyğun təqdim olunan sənədlər nəticəsində, Azərbaycan vətəndaşı Ənvər Tağıyevin ekstradisiyası ilə bağlı razılıq əldə edib.
Minval.info xəbər verir ki, Ənvər Tağıyev təqsirləndirilən şəxs qismində cəlb edilib və istintaqdan yayınaraq gizləndiyinə görə İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa verilib. Keçirilmiş tədbirlər nəticəsində onun Ukrayna ərazisində yeri müəyyən edilərək saxlanılıb.
Hazırda Ənvər Tağıyevin Azərbaycana gətirilməsi üçün müvafiq tədbirlər həyata keçirilir. Baş Prokurorluq, axtarışda olan şəxslərin müəyyən edilərək Azərbaycana gətirilməsi məqsədilə xarici dövlətlərin aidiyyəti qurumları, o cümlədən İnterpol ilə əməkdaşlığı davam etdirəcək.
Qeyd edək ki, Ənvər Tağıyev, Baş Gömrük İdarəsinin Əməliyyat Təhqiqat İdarəsinin sabiq böyük əməliyyat müvəkkili olaraq milyonluq qaçaqmalçılıqda ittiham edilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib