Qəzəbli Lavrov müdafiə nazirini “müharibə naziri” adlandırıb
Rusiyanın xarici işlər naziri Sergey Lavrov təhlükəsizlik üzrə Münhen konfransında Böyük Britaniyanın müdafiə naziri Qevin Uilyamsonu “müharibə naziri” adlandırıb.
Rusiyanın baş diplomatı Qərbin Arktikadakı fəaliyyətini gücləndirmək niyyətlərindən narazılığını dilə gətirib.
“Biz bilmək istəyirik ki, NATO-nun Arktikadakı mandatı nədən ibarətdir. Əgər siz Böyük Britaniyanın “müharibə”, bağışlayın “müdafiə” naziri Qevin Uilyamson kimi adamlara qulaq asırsınızsa, o zaman sizlərdə belə təsəvvür oyanmalıdır ki, NATO-dan savayı heç kimin hər hansı yerdə olmağa ixtiyarı yoxdur”, – deyə S. Lavrov qəzəblə bildirib.
Qeyd olunur ki, Sergey Lavrov bu çıxışını H.Uilyamsonun nitqindən bir gün sonra həyata keçirib. Həmin vaxt britaniyalı nazir Rusiyanı “Qərbi qızışdırmaqda”, habelə “quru və dənizdə qeyri-qanuni fəaliyyət göstərməkdə” ittiham etmişdi.

Lakin bu, Lavrovla Uilyamsonun ilk toqquşması deyil. 2018-ci il martın 15-də Böyük Britaniyanın müdafiə naziri, rəsmi Moksvanın diplomatların qovulmasına tədbir görülməsi ilə bağlı planlarına cavab olaraq, Rusiya barəsində “səsini kəsib, rədd olmalı” ifadəsini işlətmişdi. Lavrov isə onu öz növbəsində “təhsili çatmayan”, “savadsız” adlandırmışdı. (Musavat.com)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kreml: 300 min nəfər səfərbər edilməyəcək
Venesuela qızılını Londondan Nyu-Yorka köçürür!
Kral Çarlz texnologiya nəhəngləri ilə gizli görüşdü
Paşinyan rus bazasını çıxarmaq istəyir: İrəvanda gərginlik
Paşinyanın maaşı 80% artdı!
Fermerlərə dəstək: Bürokratiya əngəllərinə son!
Ermənistanda TRİPP layihəsi geniş müzakirə edildi
