Qərbi Azərbaycana Qayıdış Birliyi Ali Məclisi qurultay keçirib
Qərbi Azərbaycana Qayıdış Birliyi (QAQB) birliyinin Ali Məclisi yeni üzvləri ilə ilk toplantısını keçirib.
Minval.info xəbər verir ki, toplantıda,cari məsələlərlə yanaşı, birliyin yeni strukturunun təşkili məsələlərinə baxılıb.
QAQB nizamnaməsinə uyğun olaraq, toplantıda,QAQB Ali Məclisinin sədri və iki müavini seçilib. Göyçə mahalının Krasnoselo rayonundan Vəliyev Əli, QAQB Ali Məclisinin sədri, Dərə-Ələyəz mahalından Həşimov Aslan və Qafan rayonundan Zöhrə Xəlili Ali Məclis sədrinin müavinləri seçiliblər. Sonra QAQB sədri Rizvan Talıbovun təqdimatı ilə, Aslanov Namiq QAQB sədrinin 1-ci müavini, Musayev Sahib QAQB sədrinin Maliyyə və İqtisadiyyat məsələləri üzrə müavini, Zeynalova Nəzakət QAQB sədrinin gənclərlə iş üzrə müavini, Rüstəmov Sabir QAQB sədrinin Beynəlxalq əlaqələr və Beynəlxalq təmsilçilərlə iş üzrə müavini, Maarif Məhərrəmbəyli QAQB sədrinin Təşkilat məsələləri üzrə müavini vəzifələrinə təsdiq olunublar. Eyni zamanda Namiq Kərimovun Gəncə şəhəri üzrə Birliyin təmsilçisi təyin olunması haqqında, QAQB Ağsaqqallar Şurasının, QAQB Qadınlar Şurasının yaradılması haqqında qərarlar alınıb.
ƏLAQƏLİ
Aqil məlikov ürək əməliyyatından sonra ilk dəfə danışdı: "Həyatım yenidən başladı
QAQB üzvləri mətbuata açıqlamasında bildiriblər ki, QAQB -nin davamlı və məqsədyönlü fəaliyyəti, həm ictimaiyyətdə, həm də biz qaçqın və məcburi köçkünlərdə əsirlikdə inləyən doğma Yurdlarımıza gec-tez Qayıdışımızı gerçəkləşdirə biləcəyimizə böyük ümidlər yaradır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Avstriya və İtaliya arasında yeni tunel layihəsi tamamlanır
Xalq yazıçısı Elçinin Fəxri xiyabandakı abidəsi tamamlandı
İmamverdi İsmayılovun 'Labirint' əsəri: bədii təxəyyülün gücü
Xırdalanda sakinlər tikinti şirkətindən narazıdır


