Qəhrəman şəhidə məxsus materiallar Vətən müharibəsi fonduna təhvil verildi - FOTO
Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, Vətən müharibəsinin şəhidi Ruslan Mehman oğlu Qəhrəmanova məxsus materiallar Milli Azərbaycan Tarixi Muzeyinə təhvil verilib.
Bu barədə Milli Azərbaycan Tarixi Muzeyi məlumat yayıb.
Bildirilib ki, Ruslan Qəhrəmanov 1988-ci il oktyabrın 6-da Şəmkir rayonunun Keçili kəndində anadan olub.
Azərbaycan ordusunun kapitanı olan Ruslan Qəhrəmanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərib.
Ruslan Qəhrəmanov oktyabrın 5-də Füzuli döyüşləri zamanı şəhid olub. Şəmkir rayonunun Keçili kəndində dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Ruslan Qəhrəmanov ölümündən sonra “Vətən uğrunda” medalı və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edildi.
Şəhidimiz ailəli idi. Ölümündən sonra iki qızı və bir oğlu yadigar qalıb
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev mühüm sərəncam imzaladı
Sabah 24 dərəcə isti olacaq
Sabah bu qəsəbədə işıq olmayacaq
Bayram namazının vaxtı açıqlandı
Mehriban Əliyevanın adından Elçibəyin ailəsinə başsağlığı verilib
Röyanın bu qolbağı bir ev qiymətinədir - Fotolar
