Qəbul imtahanlarının məzmununa bu məlumatlar salınacaq

“Hər ilin dekabrında qəbul proqramı müzakirə olunur. Bu il də həmin proses gedir. Qəbul imtahanlarının məzmununa işğaldan azad edilən ərazilərin tarixi, Azərbaycanın ərazisinin yeni coğrafi bölgüsü ilə bağlı məlumatlar salınacaq”.
Minval.info xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə III ixtisas qrupunda bəzi ixtisaslar üzrə imtahan fənlərinin dəyişdirilməsi ilə bağlı keçirdiyi onlayn mətbuat konfransında bildirib.
“Mən əminəm ki, abituriyentlər vətənpərvərdilər. Onlar təkcə rayonların işğal tarixlərini deyil, azad olunan rayonlarımızla bağlı da yaxşı məlumatlıdırlar. İşğaldan azad edilən ərazilərimizlə bağlı yeniliklər də imtahanın məzmununda əks olunacaq”, – M. Abbaszadə bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!