"Qəbələ"nin futbolçusu əməliyyat olunduğu üçün Tbilisidə qalıb
Avropa Liqasında II təsnifat mərhələsinin Gürcüstan “Dinamo”su ilə cavab matçında zədələnən “Qəbələ”nin futbolçusu İvitsa Juniç əməliyyat olunub.
Bu barədə “Report”a əyalət təmsilçisinin baş məşqçisi Sənan Qurbanov məlumat verib. 39 yaşlı mütəxəssis bildirib ki, əməliyyat Tbilisidə olub və uğurlu başa çatıb.
Qurbanov deyib ki, müdafiəçinin gözünün altında sınıq aşkarlanıb: “Juniç Tbilisidə qalıb. Həkimlər onun durumu haqqında məlumat verəcək. Futbolçu ən az bir ay yaşıl meydanlardan kənarda qalacaq”.
Qeyd edək ki, qarşılaşma “Qəbələ”nin 0:3 hesablı məğlubiyyəti ilə bitib. İvitsa Juniç 37-ci dəqiqədə komanda yoldaşı Rasim Ramaldanovla toqquşub və meydanı xərəkdə tərk edərək ambulansla xəstəxanaya çatdırılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Siti” ilə bağlı yeni xəbər: O qədər xalı silinə bilər ki…
“Qızıl top” mərasiminin aparıcıları bəlli oldu
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi