13.06.2019 - 17:31
İdman
14 baxış
Qəbələdən "Real"a gedən yol: Fariz Nəcəfov, Luka Yoviç... - FOTO
“Real”ın yeni transferi Luka Yoviç ölkəmizdə medal qazanıb.
Fanat.Az azerisport.com-a istinadən xəbər verir ki, 21 yaşlı hücumçu 2012-ci ildə Serbiyanın U-15 komandası ilə “Gabala Cup” turnirinin iştirakçısı olub.
Finala qədər irəliləyən serblər həlledici qarşılaşmada “Qalatasaray”la qarşılaşıblar. Yoviç həmin matçda qol vursa da, bu, onun komandasını məğlubiyyətdən xilas etməyib. Türklərə uduzan Serbiya yığması ikinci yerlə kifayətlənməli olub. Gümüş medalçılara mükafatları “Qəbələ”nin o vaxtkı vitse-prezidenti (hazırkı prezidenti) Fariz Nəcəfov və AFFA-nın baş katibi Elxan Məmmədov təqdim ediblər.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Siti” ilə bağlı yeni xəbər: O qədər xalı silinə bilər ki…
20.10.2026 - 13:54
“Qızıl top” mərasiminin aparıcıları bəlli oldu
20.10.2026 - 13:04
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
20.10.2026 - 10:24
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
19.10.2026 - 17:54
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
15.10.2026 - 01:46
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
12.10.2026 - 16:44
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
12.10.2026 - 15:14
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
12.10.2026 - 12:24