Putindən türk liderə: Əgər müsəlmanlar pivə istəsə...
Rusiya lideri Vladimir Putinin başçılığı ilə Kalininqradda keçirilən “Rusiya – 2018” adlı iclasda maraqlı dialoq yaşanıb.
Axar.az xəbər verir ki, Tatarıstan rəhbəri Rüstəm Minnixanov futbol üzrə dünya çempionatı ərəfəsində 89 milyon rubl dəyərində pivənin satıldığını bildirib.
“Buna nəzər yetirmənizi xahiş edərdim. Əvvəla, ona görə ki, kişilər pivəni sevir. Əlbəttə, müsəlmanlara “Buyur, pivə…” demək utancvericidir. Lakin pravoslav qardaşlarımızın qeydinə qalıram”, – deyə Minnixanov pivənin stadionlarda satılması üçün icazənin verilməsini Putindən xahiş edib.
Putin də öz növbəsində, “Əgər müsəlmanlar pivə istəsə, liberal yanaş. Baxarıq”, – deyə vurğulayıb.
Qeyd edək ki, Rusiya qanunlarına görə, futbol stadionlarında spirtli içkilərin satılması qadağandır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Şaban geri qayıdır: Ali Sunal ata yolunda
11 sentyabrın gizli şahidi: Holli Ratçford ortaya çıxdı
İran yeraltı raket istehsalına başladı!
Ece Erken oğlunun təhsili üçün Dubaya köçür
Dollar sabit, avro və lirə ucuzlaşdı
Qızıl və gümüş qiymətləri yenidən enir
Sepah Hörmüzdə ABŞ pilotsuz gəmisini vurdu