Rusiya prezidenti Vladimir Putin Ukraynadakı vəziyyətə müdaxilə etmək istəyənlərə xəbərdarlıq edib. 

AZXEBER.COM xəbər verir ki, Rusiya Federasiyası Qanunvericilik Məclisinin iclasında çıxış edən Vladimir Putin bildirib ki, Ukraynada əməliyyata müdaxilə edilərsə və Rusiyanın strateji təhlükəsizliyini təhdid edən vəziyyət yaranarsa, ildırım sürəti ilə cavab veriləcək:

“Kimsə Ukraynadakı vəziyyətə kənardan müdaxilə etmək istəsə və strateji təhlükə yaranarsa, cavabımız ildırım surətində olacaq. Rusiya buna cavab olaraq rəqiblərində hələlik olmayan vasitələrdən istifadə edəcək. Artıq bu məsələ ilə bağlı qərarlar qəbul edilib. Ölkəmizə təhlükə yaranarsa, rəqiblərimizə cavab verəcəyik”.

Rusiya lideri Ukrayna və Donbasda keçirilən xüsusi hərbi əməliyyatda müəyyən edilən bütün vəzifələrin tamamlanacağını bildirib.

Həmçinin, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada Eritreya xarici işlər naziri Osman Mohamed Saleh ilə görüşündən sonra keçirdiyi birgə mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Lavrov Ukraynadakı mülki əhalinin öz ölkəsindəki militarizm və neonasizmdən zərər gördüyünü, Ukrayna rəhbərliyinin rus mədəniyyətini və dilini məhv etməyə cəhd etdiyini bildirib.