Putin: “Rusiya üçtərəfəli razılaşmaların ardıcıl yerinə yetirilməsi üçün addımlar atacaq”
“Rəsmi Moskva Qarabağda vəziyyətin sabitləşməsi üçün addımlar atmaqda davam edəcək”.
Minval.info xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı zamanı deyib.
Putin Rusiyanın bundan sonra da regionda vəziyyətin sabitləşməsi və üçtərəfəli razılaşmaların ardıcıl şəkildə yerinə yetirilməsi üçün addımlar atacağını qeyd edib.
“Vladimir Putinin qeyd etdiyi kimi, Rusiya vəziyyətin sabitləşməsinə kömək etmək və Rusiya vasitəçiliyi ilə əldə edilmiş üçtərəfli razılaşmaların ardıcıl həyata keçirilməsinə töhfə verəcək addımlar atmağa davam edəcək”, -Kremlin mətbuat xidmətinin məlumatında bildirilir.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinlə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub. Telefon danışığı Fransa tərəfinin təşəbbüsü ilə reallaşıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rəsmi Bakı Paşinyana cavab verdi
Bəxtiyar Hacıyev və Əvəz Zeynallı ilə bağlı dövlət başçısına müraciət edildi
Prezident sərəncam imzaladı - Nazirliyə 5 milyon ayrıldı
Xələf Xələfovla Rusiya XİN başçısının müavini arasında telefon danışığı olub