Putin koronavirusdan necə qorunur? - 1,5 milyardlıq xidmət...
Rusiya prezidentinə xidmət edən hərbçilər və tibb işçiləri mütəmadi olaraq təcrid olunurlar. Yüzlərlə işçi “təmiz zonaya” – prezidentə xidmət göstərilən əraziyə daxil olmaq üçün gündə dörd dəfə PCR testindən keçir, onların gün ərzində iki dəfə koronavirusa qarşı anticisimləri yoxlanılır.
Modern.az xəbər verir ki, bu barədə BBC-nin Rusiya xidməti məlumat yayıb.
Məlumata görə, xidmət göstərən şəxslər, həmçinin qrip, qızıl stafilokok və digər infeksiyaları yoxlamaq üçün əlavə testlər verirlər.
Karantinə daxil olmaq üçün iki gün əvvəl qanda koronavirusa qarşı anticisimlər üçün analiz vermək lazımdır. Karantində olarkən 12 gün ərzində gündə dörd dəfə PCR, on ikinci gündə isə qanda antikor testi aparılmalıdır.
Əgər yoxlanılan şəxsdə antikor yoxdursa, 14 gün təcrid olunduqdan sonra “təmiz zonaya”, yəni prezidentin ərazisinə buraxılır.
Kreml strukturları prosesə təxminən 1,5 milyard rubl xərcləyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Şaban geri qayıdır: Ali Sunal ata yolunda
11 sentyabrın gizli şahidi: Holli Ratçford ortaya çıxdı
İran yeraltı raket istehsalına başladı!
Ece Erken oğlunun təhsili üçün Dubaya köçür
Dollar sabit, avro və lirə ucuzlaşdı
Qızıl və gümüş qiymətləri yenidən enir
Sepah Hörmüzdə ABŞ pilotsuz gəmisini vurdu