Putin Azərbaycanda rus dilinə verilən dəstəyi qiymətləndirdi
Rusiya Azərbaycanda hökumət və cəmiyyət tərəfində rus dilinə verilən dəstəyi yüksək qiymətləndirir.
Oxu.Az-ın “RİA Novosti”yə istinadən xəbərinə görə, bu barədə Rusiya prezidenti Vladimir Putin bəyan edib.
“Biz rus dilinə olan marağı görürük və yüksək qiymətləndiririk. Təkcə Azərbaycan vətəndaşlarının marağını yox, həmçinin dövlət tərəfindən verilən dəstək bizim üçün qiymətlidir”, – Putin doqquzuncu Azərbaycan-Rusiya forumunda çıxışı zamanı deyib.
O qeyd edib ki, Azərbaycanda 300-dən çox məktəbdə rus dili tədris edilir. Bununla belə, Putin qeyd edib ki, “ən əsas baza (rus dilinə dəstək bazası) insanların ürəyində və başındadır”.
“Ümumilikdə Rusiya və Azərbaycan humanitar əməkdaşlığın genişləndirilməsinə böyük əhəmiyyət verir. Elmi mübadilə, o cümlədən tələbə mübadiləsi genişləndirilir, yüksək ixtisaslı kadr hazırlamaq üçün birgə proqramlar hazırlanır”, – Putin bildirib.
“Əlbəttə ki, ölkələrimizin təhsil, mədəniyyət, elm sahəsində əlaqələrini stimullaşdırmaq niyyətindəyik”, – Rusiya lideri əlavə edib.
Putin turizm sahəsində ikitərəfli əlaqələrin inkişafına toxunub. Onun sözlərinə görə, Xəzərdə dəniz kruiz səyahətini inkişaf etdirmək planlaşdırılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Prezidentlə xanımı Bakı Avropa Liseyinin yeni binasının açılışında
Koreya dənizə naməlum raket atdı: Yapon hökuməti təcili toplantı çağırdı
Deputat: “Biz hələ də bilmirik ki, kimlər siyasi vəzifə daşıyır”
Ərdoğan Zəngəzur dəhlizindən danışdı: "Hansısa çətinlik görmürəm"
Fazil Məmmədovun bu vəzifəsini də əlindən alındı
Çinə qarşı nəhəng anlaşma: 13 ölkə birləşdi –
Çavuşoğlu: “Nə Rusiyanı, nə də Ukraynanı razı salmaq üçün hərəkət etmirik”