01.09.2026 - 11:55
Ölkə 19 baxış

Pulunuz hər gün qazanc gətirsin: Birbank Yığım hesabı

Gələcək planlarınızı reallaşdırmaq üçün pul yığmaq vacibdir. Lakin qısa müddətli yığımlarınızın əlavə gəlir gətirməsi də mümkündür. Birbank Yığım hesabı ilə toplanan vəsait hər gün hesablanan faizlər vasitəsilə artır. Beləliklə, gələcək planlar üçün ayrılan vəsait yalnız kənarda qalmır, eyni zamanda sahibinə əlavə gəlir də gətirir.

Minval.info xəbər verir ki, Birbank Yığım hesabındakı vəsaitə illik 7%, ABŞ dolları ilə isə 2,5% gəlir hesablanır. Məhsulun əsas üstünlüklərindən biri də faizlərin hər gün balansa əlavə edilməsidir. Bu isə yalnız əsas məbləğin deyil, əvvəlki günlərdə qazanılan faizlərin də növbəti günlərdə gəlir gətirməsi deməkdir. Nəticədə hesabdakı vəsait gündəlik olaraq artmağa davam edir.

Yığım hesabı istifadəçilərə vəsaitlərini tam sərbəst idarə etmək imkanı yaradır. Hesabı minimum 0 AZN və ya 0 ABŞ dolları ilə açmaq, istənilən vaxt vəsait əlavə etmək, eləcə də qazanılmış faizləri itirmədən ehtiyac yarandıqda hesabdan pul çıxarmaq mümkündür. Bütün əməliyyatlar Birbank mobil tətbiqi vasitəsilə bir neçə dəqiqə ərzində həyata keçirilir və hesabı istənilən vaxt rahat şəkildə izləmək olur.

Yığım hesabı gələcək planları üçün sistemli şəkildə vəsait toplamaq istəyənlər, eləcə də yığımlarının hər gün əlavə gəlir gətirməsini arzulayanlar üçün əlverişli seçimdir. İstər səyahət, təhsil, avtomobil və ya mənzil almaq məqsədilə yığım edənlər, istərsə də vəsaitini qısa müddətdə dəyərləndirmək istəyənlər bu məhsuldan rahatlıqla yararlana bilərlər.

Yığım hesabını Birbank mobil tətbiqində “Əmanətlər” bölməsindən “Yığım hesabı aç” seçimi ilə və ya ən yaxın Kapital Bank/Birbank filialına yaxınlaşaraq asanlıqla açmaq mümkündür. Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 116 filial, 51 şöbədən və 13 Rəqəmsal Mərkəzdən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: