Bakı-Sumqayıt yolunda hava çirkliliyi artıb
Bakı şəhərində havanın ən çox çirkləndiyi ərazi müəyyən edilib. Bakı-Sumqayıt yolunda nəqliyyatın yüksək intensivliyi atmosfer havasının keyfiyyətinə təsir edən əsas amillərdən biri kimi qiymətləndirilir. Xüsusilə, səhər və axşam saatlarında bu yolda və Xırdalan istiqamətində avtomobillərin hərəkətinin artması və uzunmüddətli tıxacların yaranması müşahidə olunur.
Minval.info xəbər verir ki, mütəxəssislərin fikrincə, nəqliyyat vasitələrinin çox olduğu ərazilərdə avtomobillərdən atmosferə atılan emissiyaların təsiri lokal olaraq arta bilər. Benzin və dizellə işləyən mühərriklərdən müxtəlif çirkləndirici maddələr atmosferə daxil olur. Tıxac zamanı avtomobillərin mühərriklərinin uzun müddət işlək vəziyyətdə qalması isə atmosferə atılan emissiyaların artmasına səbəb ola bilər.
Bildirilib ki, nəqliyyatın intensiv olduğu ərazilərdə atmosfer havasının keyfiyyətinə müəyyən təsirlərin olması təbiidir. Xüsusilə, səhər və axşam saatlarında avtomobillərin daha çox hərəkət etdiyi və tıxacların yarandığı pik vaxtlarda nəqliyyat vasitələrindən atmosferə buraxılan emissiyaların təsiri lokal olaraq arta bilər. Bakı-Sumqayıt yolu, iri yol qovşaqları və avtomobil sıxlığının yüksək olduğu digər ərazilərdə də bu amilin nəzərə alınmasının vacib olduğu vurğulanıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Baku TV "YouTube" reytinqlərində zirvədə!
Bakıda güclü leysan: Yollar iflic oldu
Modern.az 17 ildir oxucularla birlikdə!
Pulunuz hər gün qazanc gətirsin: Birbank Yığım hesabı
Leysan və güclü külək ölkəni bürüdü
Trend agentliyi 31-ci ildönümünü qeyd edir
Qurbanovdan Kadi Borqesin qırmızı vərəqəsinə reaksiya