Leysan və güclü külək ölkəni bürüdü
Azərbaycanın bəzi rayonlarında qeyri-sabit hava şəraiti davam edir. Şimşək çaxması və leysan xarakterli intensiv yağıntılar müşahidə olunub. Bakıda və Abşeron yarımadasında yağıntının miqdarı 18-22 mm təşkil edib ki, bu da aylıq normanın 300-524 faizinə bərabərdir.
Minval.info xəbər verir ki, şəhərətrafı ərazilərdə axşam saatlarında intensiv leysan yağışları ilə yanaşı, xırda dənəli dolu da qeydə alınıb. Şahdağda yağıntının miqdarı 51 mm (aylıq normanın 151 faizi), Qusarda 28 mm (aylıq normanın 83 faizi), Qəbələdə 18 mm, Xızı, Xaltan, Şabranda 14 mm, Qrızda 13 mm, Xınalıq, Ağstafada 10 mm, Lerik, Oğuzda 8 mm, Zaqatala, Qax, Şəki, Balakəndə 7 mm, Qobustanda 5 mm, Qubada 4 mm, Lənkəran, Astara, Yardımlıda 3 mm, Göyçay, İmişli, Sabirabad, Biləsuvar, Daşkəsəndə 2 mm, Şamaxı, Xaçmaz, Şirvan, Mingəçevir, Yevlax, Zərdab, Kürdəmir, Salyan, Ağdam, Tovuz, Gədəbəy, Kəlbəcər, Laçın, Qubadlı, Şuşada isə 1 mm-dək qeydə alınıb.
Bəzi yerlərdə küləyin sürəti də artıb. Şimal-qərb küləyinin maksimal sürəti Neftçalada 20 m/s, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Şirvanda 18 m/s, Culfada isə 17 m/s-yə çatıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026