Şəkidə hotel yanğını: 5 nəfər təxliyə edildi
Şəki şəhərində yerləşən hoteldə yanğın baş verib və nəticədə beş nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Hadisə avqustun 31-i axşam saatlarında, M.Şəhriyar küçəsində Telman Tofiq oğlu Məcidova məxsus ikimərtəbəli hoteldə qeydə alınıb. Yanğın nəticəsində hotelin birinci mərtəbəsindəki bir otağın yanar konstruksiyaları 15 kvadratmetr sahədə yanıb. Minval.info xəbər verir ki, yanğın zamanı tüstülənmiş otaqlardan beş nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğının söndürülməsi üçün Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri əraziyə cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib
Rusiyada ayıların qətliamı: təkcə Krasnoyarskda 982 ayı öldürülüb
Azərbaycanlı müğənni ilə oxuduğu mahnıya görə reper saxlanıldı