PSJ-nin Neymar üçün etdiyi təklif "Barselona"nı şoka salıb
Transfer pəncərəsinin son gününə qədər “Barselona”ya qayıdışı müzakirə olunan Neymarın transferi baş tutmadı.
Offsideplus.az xəbər verir ki, braziliyalı ulduzun keçidinin alınmamasının səbəbi açıqlanıb.
Bu barədə “Gazetesi Le Parisien” məlumat yayıb.
İddiaya görə, PSJ-nin prezidenti Nassir Əl-Xelafi “Barselona”dan 300 milyon avro istəyib və kataloniyalıların etdiyi bütün oyunçu dəyişdirmə təkliflərindən imtina edib.
Qətərli iş adamı bu addımı “Barselona”nın “Maliyyə Feyr-Pleyi” qaydaları ilə problemlərinin olduğunu bildiyi üçün atıb.
Klub rəhbəri La Liqa təmsilçisinin heç bir halda bu məbləği ödəyə bilməyəcəyini bildiyi üçün digər təklifləri qəbul etməyib.
Qeyd edək ki, “Barselona” Neymar üçün son olaraq müəyyən məbləğdə pul və Osmane Dembele ilə Nelson Semedonı təklif etmişdi. Braziliyalı ulduz 2017-ci ildə Kataloniya klubundan PSJ-yə 222 milyon avroya transfer olunmuşdu.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı