PRoMete yeni trekini təqdim etdi - Video
Rep ifaçısı PRoMete (Pərviz İsaqov) konsert öncəsi sevənlərinə yeni trekini təqdim edib.
Minval.info xəbər verir ki, “Röyalar” adlanan mahnının sözləri PRoMetenin özünə, musiqisi isə Mantra Beats-ə məxsusdur. Sözügedən iş sənətçinin rəsmi “YouTube” kanalında və bütün musiqi platformalarında təqdim olunub.
“Mahnının sözlərini Mikayıl Müşfiqin “Gecə düşüncəsi” və Nazim Hikmətin “Yaşamağa dair” adlı şeirindən ilhamlanaraq yazmışam. Əslində ərsəyə gələn iş sevgiyə aid yox, daha çox fəlsəfi fikirlərlə zəngindir. Elə mahnının əvvəlində də Mikayıl Müşfiqin “Gecə düşüncəsi” şeirindən bir bəndi Vüsal Orucov səsləndiri”, – deyə PRoMete qeyd edib.
Xatırladaq ki, PRoMete 6 il aradan sonra martın 11-də “Elektra Events Hall”da musiqi heyətinin canlı müşayiəti ilə konsert verəcək.
PRoMete bildirib ki, gecədə bir çox tanınmış sənət adamı da onu tək qoymayacaqlar.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uzun yaşamaq istəyənlərə xəbərdarlıq: bu iki üsula inanmayın
Azərbaycanda qarabağ Milli Parkı yaradılır
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu
1870 tələbə ödənişsiz təhsil almaq hüququ qazandı
Yeşilçamın tanınmış aktyoru Göksel Arsoy 90 yaşında dünyasını dəyişdi
Semiramis Pekkanın oğlu Zoran Lalvani ailə həyatı qurdu
Viktoriya Bonya tənqidlərə sərt cavab verdi: "Güzgüdə özünüzə baxın!"