Prokurorluqdan 24 il əvvəl güllələnmiş şəxsə cavab...
Bəzi media və sosial şəbəkə səhifələrində Bakı şəhər sakini Qərib Əliəkbər oğlu İbadovun, ona qarşı 1998-ci ildə cinayət törətmiş konkret şəxslərin məlum olduğu halda, prokurorluq orqanları tərəfindən onların cinayət məsuliyyətinə cəlb edilməməsi ilə bağlı özünün səsləndirdiyi fikirlər yayımlanıb.
Bu barədə Musavat.com-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
“Bununla bağlı bildiririk ki, 07 fevral 1998-ci il tarixdə ayaqqabı təmiri sexində işləyən Qərib İbadova odlu silahdan naməlum şəxs tərəfindən atəş açılaraq qəsdən öldürülməsinə cəhd edilməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanmaqla istintaq aparılıb.
Qərib İbadovun, təqsirləndirilən şəxslərin məlum olmasını iddia etməsinə baxmayaraq, bu günədək istinaqla qeyri-aşkar şəraitdə cinayət törətmiş şəxslərin müəyyən edilməsi mümkün olmayıb.
Odur ki, qeyd edilən iş üzrə hər-hansı şəxsin şübhəli şəxs qismində saxlanılması və ya ittiham elan edilməsi üçün kifayət qədər əsaslar müəyyən edilməyib.
Hazırda zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir”, – məlumatda bildirilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib