Prokurorluq Gəncədəki qətl hadisəsi ilə bağlı məlumat yaydı
Gəncə Şəhər Prokurorluğu şəhər ərazisində baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb.
“Report” xəbər verir ki, məlumatda deyilir:
“Mayın 26-da saat 08 radələrində Gəncə şəhər sakini, 1959-cu il təvəllüdlü Asim Yusifovun yaşadığı Gəncə şəhəri, Təbriz küçəsi, 48 saylı ünvanda üzərində kəsici-deşici alətlə yetirilməyə xarakterik xəsarətlərlə meyitinin aşkar olunması barədə daxil olan məlumat əsasında dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.
Faktla bağlı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib, şahidlər dindirilib və digər təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.
Hazırda cinayəti törədən şəxs və ya şəxslərin müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda xüsusi karantin rejimi uzadıldı
Prezident Ərdoğana başsağlığı verdi
Bu məhsulların Azərbaycana gətirilməsinə qadağa qoyuldu
Ağcabədidə 7 tona yaxın yararsız ət aşkar edildi
“ASAN xidmət”ə yeni səlahiyyətlər verildi - Prezident fərmanı
DİN: Postlardan 1 303 nəqliyyat vasitəsi müəyən olunaraq geri qaytarılıb