Prokurorluğa qulluğa qəbul üzrə yazılı imtahanda 133 namizəd iştirak edir
Baku.ws-ın məlumatına görə, prokurorluq orqanlarına qulluğa qəbul üzrə keçirilən müsabiqənin yazılı imtahan mərhələsində 133 namizəd iştirak edir. Bu mərhələ 30 vakant ştat vahidi üçün nəzərdə tutulub.
Baş prokurorun müavini Heydər Məmmədov jurnalistlərə açıqlamasında bildirmişdir ki, bu müsabiqə prokurorluq orqanlarına qəbul üçün sayca 28-cidir. İlk mərhələ olan test imtahanı Dövlət İmtahan Mərkəzi ilə birgə təşkil olunub və testdən uğurla keçən namizədlər yazılı mərhələyə buraxılıb.
Heydər Məmmədov əlavə edib ki, müsabiqənin üçüncü mərhələsi müsahibədir və bu il prokurorluğa qulluğa qəbul qaydalarında heç bir dəyişiklik edilməyib. O, müsabiqənin şəffaf və bərabər imkanların təmin edilməsi prinsipi əsasında keçirildiyini vurğulayıb.
Kadr siyasətinin əsas məqsədi yüksək nəzəri biliklərə malik, dövlətçiliyə sadiq istedadlı gəncləri müəyyən edərək yeni nəsil hüquqşünaslar yetişdirməkdir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda tıxacları azaltmağın ən real yolu açıqlandı
Sabah 16 dərəcə isti olacaq
Bəzi rayonlarda intensiv yağış, Şahdağda qar yağdı
Qazi: "Hətta inanmayacaqsınız, mənim əlilliyim də olub"
Azərbaycan əhalisi artaraq 10 milyon 282 min nəfəri keçdi
Həyətyanı torpaqlara çıxarış almaq mümkün olacaq
Soltanlı kəndinə daha 16 ailə geri qayıtdı