Sabah 16 dərəcə isti olacaq
Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı proqnozlaşdırılır. Ayrı-ayrı ərazilərdə yağışın qısamüddətli intensivləşəcəyi ehtimal edilir. Gün ərzində yağıntıların kəsilməsi gözlənilir. Mülayim şimal-qərb küləyi yerini gündüz cənub-şərq küləyinə verəcək.
Bu barədə Publika.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Xidmətin bildirdiyinə görə, havanın temperaturu gecə saatlarında 10-12° isti, gündüz isə 14-16° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu təşkil edəcək, nisbi rütubət isə gecə 75-85 %, gündüz 60-65% arasında dəyişəcək.
Azərbaycanın rayonlarında da bəzi yerlərdə arabir yağıntılı hava şəraiti müşahidə ediləcək, dağlıq ərazilərdə qar yağması ehtimalı var. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv yağıntılar ola bilər. Səhər saatlarında yağıntıların kəsiləcəyi və gündüz saatlarında əsasən yağmursuz hava şəraitinin davam edəcəyi gözlənilir. Gecə və səhər saatlarında bəzi yerlərdə duman olacaq, mülayim qərb küləyi əsəcək.
Rayonlarda gecə temperaturun 5-9° isti, gündüz isə 15-19° isti olacağı, dağlıq ərazilərdə isə gecə 2° şaxtadan 3° -dək isti, gündüz 6-9° isti olacağı proqnozlaşdırılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bəzi rayonlarda intensiv yağış, Şahdağda qar yağdı
Qazi: "Hətta inanmayacaqsınız, mənim əlilliyim də olub"
Azərbaycan əhalisi artaraq 10 milyon 282 min nəfəri keçdi
Həyətyanı torpaqlara çıxarış almaq mümkün olacaq
Soltanlı kəndinə daha 16 ailə geri qayıtdı
2027-ci ildən dövlət qurumlarına qəbul qaydaları dəyişir
Məleykə Abbaszadə DİM-dən ayrıldı, rektor təyin edildi