Problemli kreditlərlə bağlı məsələnin məhz bu il həll edilməsinin səbəbi açıqlanıb
Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov fiziki şəxslərin problemli kreditləri ilə bağlı məsələnin məhz 2019-ci ildə həll edilməsinin səbəbini açıqlayıb.
“Minval.info”nun məlumatına görə, baş bankir bu barədə Real TV-də danışıb.
“Dollar kreditləri ilə bağlı məsələ vətəndaşların sosial-iqtisadi problemlərinin ilk 3-lüyünə düşə biləcək problemdir. Bununla bağlı ciddi ictimai müzakirələr gedirdi. Bu məsələnin həlli ciddi hazırlıq tələb edirdi. Hesab edirəm ki, manatın devalvasiyasından sonrakı müddət ərzində dollar kreditləri problemi heç vaxt prezidentin siyasi gündəliyindən çıxmayıb. Nəyə görə indi? Sadəcə bunun üçün iqtisadiyyat sabitləşdirmək, onu yeni reallıqlara, neft qiymətlərinə uyğunlaşdırmaq və dayanıqlılığını təmin etmək lazım idi. İqtisadi məntiq bunu tələb edir. 70 mlrd. manatlıq iqtisadiyyatı yeni əsaslara, yeni platformaya keçirmək asan məsələ deyildi. 2018-ci ilin sonlarından ilk nəticələri görməyə başladıq və belə genişmiqyaslı problemə yeni yanaşma nümayiş etdirməyə imkan verdi”, – deyə o, qeyd edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Avropada yeni sərhəd sistemi təxirə salındı
Balqabaq mövsümü başladı: Qiymət və faydaları açıqlanır
Chandra altı qalaktikada 84 sirli obyekt aşkarladı
Adil Əliyev: "Bar verməyən ağaca daş atan olmur
Vergi xidmətinin təcrübəli əməkdaşı dünyasını dəyişdi
Süni intellekt hansı peşələri yox edəcək?
Şəkidə faciə: "rolik" iki can aldı