Prezidentin vəzifə verdiyi diplomat Harvard məzunudur - Fotolar
Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinə Fərid Şəfiyevi sədr təyin edib.
“Qafqazinfo” F. Şəfiyevlə bağlı bəzi məlumatlar əldə edib. O, 1969-cu ildə Bakı şəhərində anadan olub. 1989-1994-cü illərdə Bakı Dövlət Universitetinin tarix fakültəsində təhsil alıb. 2002-2003-cü illərdə Harvard Universiteti, Kennedi Dövlət Məktəbinin dövlət idarəçiliyi üzrə magistr dərəcəsinə yiyələnib. 2009-2015-ci illərdə Karlton Universitetində tarix üzrə elmlər doktoru (PhD) dərəcəsini alıb.
1996-cı ildən XİN sistemində işləyir. 1998-2001-ci illərdə Azərbaycanın BMT yanında Nümayəndəliyində çalışıb. 2009-2014-cü illərdə Azərbaycanın Kanadada, 2014-cü ildən bu günə qədər isə Çexiyada səfiri işləyib.
F.Şəfiyev Azərbaycan, İngilis, Rus, Türk dillərini sərbəst, Fransız və Çex dillərini orta səviyyədə bilir.




Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!