08.01.2021 - 12:39
Sosial
29 baxış
Prezidentin qərarı ilə “Qaçqınkom”un nazirliyə verdiyi mənzillərin sayı açıqlandı
“Ölkə başçısının qərarına əsasən, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin xətti ilə 2020-ci ildə məcburi köçkünlər üçün inşa edilən qəsəbələr və hündürmərtəbəli yaşayış binaları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilir.Söhbət 4700-ə yaxın çoxmənzilli qəsəbələrdən və hündürmərtəbəli yaşayış komplekslərindən gedir”.Oxu.Az-ın məlumatına görə, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov “Yeni” TV-nin canlı yayımında bildirib.
Onun sözlərinə görə, həmin qəsəbələr Bakı şəhəri, Sumqayıt şəhəri, Abşeron rayonu ərazisində, həmçinin, Samux və Lənkəran rayonun ərazisində inşa edilib:
“Bu mənzillər artıq istifadəyə hazırdır. Bu yaşayış kompleksləri bütün zəruri olan sosial texniki infrastrukturla təmin edilib, yaşayış üçün tam hazırdırlar”.
F.Hüseynov qeyd edib ki, həmin mənzillərin paylanılma mexanizmi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətinə verilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uşaqların yaddaşı və məntiqi düşüncəsi zəifləyə bilər
19.10.2026 - 16:34
Sosial şəbəkələrdə yayılan bu sənəd saxtadır
15.10.2026 - 01:46
Pensiya kapitalında dəyişikliklərə dair rəsmi açıqlama
10.10.2026 - 13:58
Hamilə müəllimə ilə müqavilə bağlanmamasının səbəbi açıqlandı
09.10.2026 - 10:28
Qadınlara hamiləlik və doğum müavinətində mühüm yeniliklər
07.10.2026 - 11:07
Şəhid ailələrinə 20 min manat müavinət veriləcək
06.10.2026 - 16:20
Sosial şəbəkələrdəki ölümcül trend: bu qarışıq təhlükə saçır
05.10.2026 - 18:31
Velosiped və skuterlərlə bağlı yeni təklif: tələbələrə güzəşt edilə bilər
05.10.2026 - 11:10