Prezidentdən mühüm fərman - Sürücülərə vacib xəbər
Yol hərəkəti qaydalarının pozulması ilə bağlı inzibati xəta haqqında elektron protokol 1 gün müddətində elektron kabinetdə yerləşdiriləcək.
Minval.info-nun məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “ASAN ödəniş” sistemi haqqında Əsasnamə”yə dəyişiklik edilməsi haqqında Fərmanında əksini tapıb.
Fərmana əsasən, yol hərəkəti qaydalarının pozulması ilə bağlı nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz.
Qeyd edək ki, əvvəllər bu müddət 1 ay olub.
Avtosfer.az yazır ki, bu qaydalardan faydalanmaq istəyən sürücülər mütləq asanpay.az saytında qeydiyyatdan keçərək özlərinə elektron kabinet yaratmalıdırlar. Elektron qaydada qeydə alınan xətalar barədə məlumatlar 1 gün ərzində həmin kabinetə yerləşdirilmədikdə sürücünü məsuliyyətə cəlb etmək qanunsuzdur. Elektron kabinetin yaradılması üçün sadəcə olaraq şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçmək lazımdır. Əlavə suallar yarandıqda ASAN xidmət mərkəzinin 108 qaynar xəttinə müraicət etmək olar.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Media və Yayım Şurası və Səhiyyə Nazirliyi birgə açıqlama yayıb
VACİBİlham Əliyevin Pezeşkianla görüşü keçirildi
Hərbi vəzifəlilərin nəzərinə: qaydalar dəyişdi
Azərbaycanda son 10 ilin ən isti yay fəsli yaşanıb
Cəbrayıla köçən sakinlərin məşğulluğu təmin edilir
Bu il neçə uşaq himayədar ailəyə və övladlığa verilib?
VACİBPrezident YAP-ın VIII Qurultayında - FOTO