31.01.2022 - 12:07
RƏSMİ
15 baxış
Prezidentdən Ermənistana növbəti dəfə XƏBƏRDARLIQ
“Erməni faşizminin XXI əsrdə törətdiyi bu dağıntılar hamı üçün gərək bir nümunə olsun ki, faşizmin yaxşısı, pisi yoxdur”.Minval.info xəbər verir ki, bunu Prezident İlham Əliyev yanvarın 30-da Gəncə şəhərində səfərdə olan zaman AZƏRTAC-a müsahibəsində deyib.
“Erməni havadarları, Ermənistanın arxasında dayanan dairələr də bunu bilməlidirlər, dərk etməlidirlər və bizim tarixi missiyamızı qiymətləndirməlidirlər, biz hansı bəlanı məhv etdik. Biz təkcə öz torpağımızı azad etmədik, biz regionu, Cənubi Qafqazı bu vəhşixislətli qüvvələrdən təmizlədik. Yenə də deyirəm, indi onlar artıq boynubükük şəkildə yaşayırlar. Ancaq heç kim qarantiya verə bilməz ki, yenə də baş qaldırmayacaqlar. Biz heç vaxt imkan verə bilmərik ki, bizim bölgədə erməni faşizmi baş qaldırsın. Heç vaxt imkan verə bilmərik ki, Ermənistan yenə də Azərbaycan üçün potensial təhdidə çevrilsin. Əgər bunu görsək, onu yerindəcə məhv edəcəyik. Bunu hər kəs bilməlidir”, – Prezident vurğulayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
VACİBYollarda təhlükə artır: DYP-dən ciddi xəbərdarlıq
10.09.2026 - 22:07
Prezident “ŞƏT plyus” formatında görüşdə çıxış etdi
01.09.2026 - 15:49
Birinci xanımlar Bişkekdə görüşdü - FOTOLAR
01.09.2026 - 14:24
İlham Əliyev Ərdoğanla görüşdü - FOTO
01.09.2026 - 10:19
İlham Əliyev Paşinyanla görüşdü
31.08.2026 - 15:00
İlham Əliyev Şavkat Mirziyoyevi təbrik etdi
29.08.2026 - 13:19
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib - VİDEO
23.08.2026 - 14:26
VACİBİlham Əliyev Özbəkistanda dövlət səfərindədir - VİDEO
23.08.2026 - 14:23