Prezident Xanlar Vəliyevin oğluna yüksək vəzifə verdi
Prezident İlham Əliyev Elşən Vəliyevin Ukraynanın Çerkassı, Kirovoqrad, Poltava və Vinnitsa vilayətlərini əhatə etməklə Poltava şəhərində Azərbaycan Respublikasının fəxri konsulu təyin edilməsi haqqında sərəncam imzalayıb.
Minval.info-nun məlumatına görə, sərəncamda qeyd edilir ki, Elşən Xanlar oğlu Vəliyev Ukraynanın Çerkassı, Kirovoqrad, Poltava və Vinnitsa vilayətlərini əhatə etməklə Poltava şəhərində Azərbaycan Respublikasının fəxri konsulu təyin edilsin.
Xarici İşlər Nazirliyinə tapşırılır ki, sərəncamdan irəli gələn məsələləri həll etsin.
Modern.az-ın əldə etdiyi məlumata görə ölkə başçısının fəxri konsul təyin etdiyi Elşən Vəliyev Azərbaycan Respublikası Baş prokurorunun müavini, Hərbi prokuror Xanlar Vəliyevin oğludur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyə və Yunanıstan arasında bayraq krizisi
Prezident hərbi xidmətlə bağlı sərəncam imzaladı
Novruz Məmmədov rusiyalı nazirlə görüşüb
MSK 12 nəfərin prezidentliyə namizədliyini təsdiqləyib
XİN sazişin vaxtı ilə bağlı açıqlama yaydı