Prezident birinci yeri tutanlara 10 min ayırdı - Sərəncam
Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhərində keçirilən Avropa Gənclər Olimpiya Festivalında ən yüksək nəticələrə görə Azərbaycanın idmançıları və onların məşqçilərinin mükafatlandırılması haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən Bakı şəhərində keçirilən Avropa Gənclər Olimpiya Festivalında ən yüksək nəticələrə görə Azərbaycanın idmançıları və onların məşqçiləri aşağıdakı məbləğdə mükafatlandırılıblar:
birinci yeri tutan hər bir idmançı – 10 000 manat, onun şəxsi məşqçisi – 5000 manat;
ikinci yeri tutan hər bir idmançı – 7000 manat, onun şəxsi məşqçisi – 3500 manat;
üçüncü yeri tutan hər bir idmançı – 5000 manat, onun şəxsi məşqçisi – 2500 manat;
komandanın baş məşqçisi – idman növü üzrə ən yüksək nəticə göstərmiş idmançıya görə şəxsi məşqçinin aldığı məbləğ qədər (bir dəfə).
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Media və Yayım Şurası və Səhiyyə Nazirliyi birgə açıqlama yayıb
VACİBİlham Əliyevin Pezeşkianla görüşü keçirildi
Hərbi vəzifəlilərin nəzərinə: qaydalar dəyişdi
Azərbaycanda son 10 ilin ən isti yay fəsli yaşanıb
Cəbrayıla köçən sakinlərin məşğulluğu təmin edilir
Bu il neçə uşaq himayədar ailəyə və övladlığa verilib?
VACİBPrezident YAP-ın VIII Qurultayında - FOTO