Prezident qəbullar keçirdi — Foto

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 19-da Avropa İttifaqının xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.
Minval.info xəbər verir ki, görüşdə Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının inkişaf perspektivləri müzakirə edilib, Avropa İttifaqının Azərbaycanla əməkdaşlığın inkişafına önəm verdiyi vurğulanıb, Azərbaycanın Avropa İttifaqının etibarlı tərəfdaşı olduğu bildirilib.
Söhbət zamanı bu ilin iyul ayında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycana səfərinə toxunularaq səfər zamanı Prezident İlham Əliyevlə Şarl Mişel arasında keçirilən görüşün Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafına mühüm töhfə verdiyi qeyd olunub.
Görüşdə Avropa İttifaqının regionda sabitliyin və sülhün möhkəmləndirilməsi, etimad mühitinin formalaşdırılması işinə töhfə verməyə hazır olduğu vurğulanıb.
Söhbət zamanı, həmçinin Şərq Tərəfdaşlığının qarşıdan gələn Zirvə toplantısı barədə fikir mübadiləsi aparılıb.
***
Prezident İlham Əliyev, həmçinin Slovakiyanın xarici işlər və Avropa naziri İvan Korçoku qəbul edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kreml: 300 min nəfər səfərbər edilməyəcək
Venesuela qızılını Londondan Nyu-Yorka köçürür!
Kral Çarlz texnologiya nəhəngləri ilə gizli görüşdü
Paşinyan rus bazasını çıxarmaq istəyir: İrəvanda gərginlik
Paşinyanın maaşı 80% artdı!
Fermerlərə dəstək: Bürokratiya əngəllərinə son!
Ermənistanda TRİPP layihəsi geniş müzakirə edildi
