Prezident nazirliyə 11 milyona yaxın pul ayırdı

Prezident İlham Əliyev Tərtər rayonunda Olimpiya İdman Kompleksinin tikintisinin başa çatdırılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Minval.İnfo xəbər verir ki, sərəncama əsasən, Tərtər rayonunda Olimpiya İdman Kompleksinin tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.20.4-cü yarımbəndində göstərilmiş məbləğin 10 933 900 (on milyon doqquz yüz otuz üç min doqquz yüz) manatı Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə ayrılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Seçkidən sonra Təhsil Nazirliyi ləğv olunacaq - İddia
Tuneldəki son vəziyyətlə bağlı - Rəsmi açıqlama
Ucuzlaşan və bahalaşan məhsullar - SİYAHI
Bakıda gənclərin ölüm mənbəyi olan "PlayStation" klublar...
Diqqət: Bu rayonda su olmayacaq
Əgər sizdən xırda qəpikləri götürmürlərsə, nə etmək lazımdır?
Turizm Agentliyindən “Şahdağ”la bağlı XƏBƏRDARLIQ