Prezident Nazirlər Kabinetinə yeni səlahiyyət verdi
Prezident İlham Əliyev “Patent haqqında” qanunun tətbiq edilməsi barədə” 1998-ci il 19 avqust tarixli 755 nömrəli fərmanda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Oxu.Az-ın məlumatına görə, 2.1-ci bənddən “4.2-ci maddəsində,” sözləri çıxarılıb. Həmin bənddə “39.2-ci maddəsində (birinci halda)” sözləri “39.2-ci maddəsində (birinci və ikinci hallarda)” sözləri ilə əvəz edilib.
Eyni zamanda, aşağıdakı məzmunda 2.1-1-ci bənd əlavə edilib:
“2.1-1. həmin qanunun 39.2-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur”.
2.2-ci bənddə “39.2-ci maddəsində (ikinci halda)” sözləri “39.2-ci maddəsində (üçüncü halda)” sözləri ilə əvəz edilsin.
2.4-cü bənddən “4.2-ci maddəsində,” sözləri çıxarılıb və həmin bəndə “39.2-ci maddəsində” sözlərindən sonra “(birinci halda)” sözləri əlavə edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Media və Yayım Şurası və Səhiyyə Nazirliyi birgə açıqlama yayıb
VACİBİlham Əliyevin Pezeşkianla görüşü keçirildi
Hərbi vəzifəlilərin nəzərinə: qaydalar dəyişdi
Azərbaycanda son 10 ilin ən isti yay fəsli yaşanıb
Cəbrayıla köçən sakinlərin məşğulluğu təmin edilir
Bu il neçə uşaq himayədar ailəyə və övladlığa verilib?
VACİBPrezident YAP-ın VIII Qurultayında - FOTO