Prezident İlham Əliyevin Rusiyaya səfəri başlayıb
Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın paytaxtı Moskvaya səfəri başlayıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib.
“Azərbaycan Prezidenti Moskvaya çatıb, onu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko, Rusiya XİN və respublikanın Moskvadakı səfirliyinin nümayəndələri qarşılayıb. Hazırda Prezident İlham Əliyevin korteji Kremlə doğru yola düşüb”, – o qeyd edib.
Qeyd edək ki, bu gün Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli danışıqlar olacaq. Tərəflər üç ölkə liderinin 10 noyabr 2020-ci ildə imzalanmış Dağlıq Qarabağ üzrə bəyanatının reallaşdırmasının gedişatını nəzərdən keçirməyi və regionun problemlərinin həlli üzrə sonrakı addımları müzakirə etməyi planlaşdırırlar.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Media və Yayım Şurası və Səhiyyə Nazirliyi birgə açıqlama yayıb
VACİBİlham Əliyevin Pezeşkianla görüşü keçirildi
Hərbi vəzifəlilərin nəzərinə: qaydalar dəyişdi
Azərbaycanda son 10 ilin ən isti yay fəsli yaşanıb
Cəbrayıla köçən sakinlərin məşğulluğu təmin edilir
Bu il neçə uşaq himayədar ailəyə və övladlığa verilib?
VACİBPrezident YAP-ın VIII Qurultayında - FOTO