Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 29-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.
Minval.info-un məlumatına görə, dövlətimizin başçısı Rəcəb Tayyib Ərdoğana və Türkiyə xalqına Cümhuriyyət Günü münasibətilə təbriklərini çatdırıb, tərəqqi və xoşbəxtlik arzularını ifadə edib.
Prezident İlham Əliyev Türkiyə Prezidentinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizə daim göstərdiyi siyasi dəstəyi bir daha yüksək qiymətləndirərək, dost və qardaş Azərbaycan və Türkiyə xalqlarının bundan sonra da bir-birinin yanında olacağına əminliyini bildirib.
Prezident Rəcəb Tayyib Ərdoğan göstərilən diqqətə və təbrikə görə dövlətimizin başçısına minnətdarlığını bildirərək qardaş Azərbaycan xalqına salamlarını və ən xoş arzularını çatdırıb, dost və qardaş xalqlarımızın hər zaman bir-birinin yanında olacağını vurğulayıb.
Telefon söhbəti zamanı ikitərəfli münasibətlər və regional məsələlər müzakirə edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Media və Yayım Şurası və Səhiyyə Nazirliyi birgə açıqlama yayıb
VACİBİlham Əliyevin Pezeşkianla görüşü keçirildi
Hərbi vəzifəlilərin nəzərinə: qaydalar dəyişdi
Azərbaycanda son 10 ilin ən isti yay fəsli yaşanıb
Cəbrayıla köçən sakinlərin məşğulluğu təmin edilir
Bu il neçə uşaq himayədar ailəyə və övladlığa verilib?
VACİBPrezident YAP-ın VIII Qurultayında - FOTO