Prezident İlham Əliyev fərman imzalayıb
Prezident İlham Əliyev dövlət orqanlarında (qurumlarında) daxili idarəetmə proseslərinin elektronlaşdırılması tədbirləri haqqında fərman imzalayıb.
Minval.info xəbər verir ki, fərmanın imzalanmasında məqsədi dövlət orqanlarında (qurumlarında) rəqəmsal idarəçiliyin inkişafı, daxili idarəetmə proseslərinin (kargüzarlığın aparılması, sənədlərin icrasına nəzarət, arxiv, kadrların idarə olunması, maliyyə-uçot və mühasibat, təchizat və təminat) optimallaşdırılması və elektronlaşdırılması, bu sahədə çevik və effektiv idarəetmənin təmin edilməsidir.
Fərmana əsasən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında kargüzarlığın aparılması işinin səmərəli təşkili üçün “Elektron sənəd dövriyyəsi sistemi” yaradılıb.
“Elektron sənəd dövriyyəsi sistemi”nin sahibi funksiyasını Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, maddi-texniki təminatını, işlək vəziyyətdə olmasını (operator funksiyasını) və təhlükəsizliyinin təmin edilməsini Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti həyata keçirəcək.
Fərmanda deyilir ki, dövlət orqanlarında qabaqcıl informasiya və kommunikasiya texnologiyalarından istifadə olunması və rəqəmsal idarəçiliyin tətbiq edilməsi dövlət siyasətinin prioritetlərindən biridir və bu sahədə mühüm nailiyyətlər əldə edilib. Bununla belə, həyata keçirilən tədbirlərin daha yüksək səviyyədə davam etdirilməsi və rəqəmsal hökumətə keçid prosesinin sürətləndirilməsi zəruridir.
Dövlət başçısı fərmandan irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
ABŞ 3 ölkədəki səfirini geri çağırıb
Sahibə Qafarova Slovakiyanın Baş naziri ilə görüşüb - FOTO
"Onlara kim olduqlarını, əsl yerlərini göstərmək lazımdır" - Əli Həsənov
Erməni generaldan Paşinyana cavab: “Onun psixi problemləri var”
İran prezidenti ABŞ-ı "diz üstə" çökdürəcəyinə söz verib
Prezidentdən bayram təbriki