Prezident İlham Əliyev Belarusa səfər edəcək
Prezident İlham Əliyev bir həftə sonra Belarusa səfər edəcək.
Belarus mətbuatının yazdığına görə, bu barədə prezident Aleksandr Lukaşenko ilə Azərbaycanın bu ölkədəki səfiri Lətif Qəndilovun görüşü zamanı məlumat verilib.
Lukaşenko söhbət zamanı diplomatla görüşünün əsas səbəbinin Azərbaycan dövlət başçısının səfəri ilə əlaqəli olduğunu vurğulayıb: “Bizim danışılası çoxlu mövzumuz var”.
Belarus lideri ilin əvvəlindən bəri iki ölkə arasında ticari dövriyyənin 3 dəfədən çox artığını bildirib.
Humanitar sahədəki əməkdaşlığa diqqət çəkən Lukaşenko təxminən 500 azərbaycanlının Belarusda təhsil aldığını qeyd edib: “Azərbaycan üçün bizim qapılarımız açıqdır. Bizim İlham Əliyevlə razılaşmamız müqəddəsdir və razılığa gəlmişik ki, onlara əməl edəcəyik. Belarusla Azərbaycanın qapalı mövzusu yoxdur”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Aqil Abbas sərt danışdı: "Daha Şuşa lazım deyil də..."
Medvedev Əli Əsədovu təbrik etdi
Zelenski Liz Trassla telefon danışığı aparan ilk prezident oldu
Ermənistan-İran sərhədi bağlana bilər - işğalçı ölkədə şok yaşanır
Ərdoğan: “Əfqanıstan xalqına qapımızı bağlayası deyilik”
İsrail İrana görə donanmasını artırır
