Prezident bir neçə ölkədəki səfir və baş konsulu geri çağırdı – SİYAHI
Prezident İlham Əliyev Rəşad Fail oğlu İsmayılovun Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.
Minfal.İnfo-nun məlumatına görə, dövlət başçısının digər sərəncamları ilə Pərviz Cəfər oğlu İsmayılzadə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan Respublikasının baş konsulu, Sabir Məmməd oğlu Ağabəyov Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığında fövqəladə və səlahiyyətli səfiri, Rasim Şəmsəddin oğlu Rzayev Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığında, eyni zamanda, Oman Sultanlığında, Yəmən Respublikasında, Bəhreyn Krallığında fövqəladə və səlahiyyətli səfiri və İslam Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi, Tofiq Əlövsət oğlu Abdullayev Azərbaycan Respublikasının Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağrılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
16 il beynəlxalq terror təşkilatlarına partlayıcı hazırlayan Güləliyev
Qəfil ölümü ilə yadda qalan tanınmışlar - FOTO
“Onların var-dövləti vəzifədə olanda aşkarlanmalıdır”
Siyavuş Novruzov Damlayla olan fotosundan danışıb - FOTOLAR
Azərbaycanda abortla bağlı statistika - Deputatdan qınaq
Gerye həmyerlisinin Azərbaycan klubuna keçidinə etiraz etdi - Foto