Prezident azad olunmuş torpaqlara getmək istəyənlərə müraciət etdi
“Azad edilmiş torpaqlarda son günlərdə və müharibədən sonra əfsuslar olsun ki, bədbəxt hadisələr baş verir. Mən Azərbaycan vətəndaşlarına müraciət etmək istəyirəm, onlardan xahiş edirəm ki, azad olunmuş torpaqlara icazəsiz, qanunsuz getməsinlər”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Vüqar Süleymanovu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.
Dövlət başçısı bildirib ki, insanların bu addımlarını bir tərəfdən başa düşür:
“Onlar uzun illər vətən həsrəti ilə yaşamışlar, hər bir keçmiş məcburi köçkün tezliklə öz doğma torpağına, doğma kəndinə qayıtmaq istəyir, ancaq xahiş edirəm ki, gözləsinlər. Bir qədər gözləsinlər ki, minalardan təmizləmə işləri başa çatsın. Çünki bu, böyük təhlükədir, həm piyadalara, həm avtomobillərə böyük təhlükədir. Müharibədən sonra bir neçə belə bədbəxt hadisə baş verib, insanlar həlak olub, yaralanıb. Eyni zamanda, postlarda dayanan əməkdaşlar da nəzarət işlərini daha ciddi təşkil etməlidirlər ki, azad edilmiş torpaqlara qanunsuz, icazəsiz gedişə son qoyulsun”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan Prezidenti BMT-nin xüsusi sessiyasında çıxış edəcək
Daha 23 kənd işğaldan azad edildi
Təhsil Nazirliyindən Naxçıvanda çökən məktəb binası ilə bağlı - AÇIQLAMA
Daha 491 nəfər koronavirusa yoluxdu - 6 pasiyent öldü
Azərbaycana daha 13 ölkədən uçuşlara icazə verildi - Rəsmi
Polis Bakı küçələrini nəzarətə götürüb - FOTO
Fırıldaqçılar nazirliyin adından saxta mesaj yayırlar - RƏSMİ