Prezident Administrasiyası da İlham Əliyevin çağırışına qoşuldu
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, Administrasiyanın, İşlər İdarəsinin və Birinci vitse-prezidentin katibliyinin rəhbər şəxsləri bir aylıq əməkhaqlarını Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürdüblər.
Minval.info xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin 19 mart 2020-ci il tarixli Fərmanı ilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna toplanan vəsaitlər xüsusi rejimli tibb müəssisələrinin formalaşmasına, maddi-texniki sahənin gücləndirilməsinə, eləcə də ölkəmizdə koronavirusla mübarizə sahəsində həyata keçirilən digər tədbirlərə yönələcəkdir.
Fonda Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ilkin olaraq 20 milyon manat ayrılıb, Azərbaycan Prezidenti bir illik əməkhaqqını Fonda ianə edib.
Eyni zamanda Azərbaycanda fəaliyyət göstərən müxtəlif şirkətlər, qurumlar, fiziki və hüquqi şəxslər Fonda könüllü köçürmələr edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Avropada yeni sərhəd sistemi təxirə salındı
Balqabaq mövsümü başladı: Qiymət və faydaları açıqlanır
Chandra altı qalaktikada 84 sirli obyekt aşkarladı
Adil Əliyev: "Bar verməyən ağaca daş atan olmur
Vergi xidmətinin təcrübəli əməkdaşı dünyasını dəyişdi
Süni intellekt hansı peşələri yox edəcək?
Şəkidə faciə: "rolik" iki can aldı