Premyer Liqada tamaşaçı rekordu: 13 500 azarkeş
Azərbaycan Premyer Liqasının III turu tamaşaçı rekordu ilə yadda qalıb. “Kəpəz” və “Turan Tovuz” komandaları arasında keçirilən qarşılaşma 13 500 azarkeşin iştirakı ilə baş tutub. Bu, cari mövsümün ən yüksək tamaşaçı sayı olmaqla yanaşı, son 10 il ərzində ikinci ən yüksək göstəricidir.
Minval.info xəbər verir ki, son 10 ildə Premyer Liqada yalnız bir oyunda daha çox tamaşaçı qeydə alınıb. Ötən mövsümdə “Qarabağ” və “Sabah” komandalarının qarşılaşmasını 17 338 tamaşaçı izləyib. Həmin oyun Tofiq Bəhramov adına Respublika stadionunda baş tutmuşdu.
Gəncə şəhər stadionu təxminən 3 ildən sonra Premyer Liqa matçına ev sahibliyi edərək, son 10 mövsümün rekordunu yeniləyib. Bu arenada daha çox izləyici sonuncu dəfə 2016/2017 mövsümündə “Qarabağ”la keçirilən oyunda qeydə alınmışdı və həmin qarşılaşmanı 14 238 tamaşaçı izləmişdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib