Premyer Liqada həyəcan: "Araz-Naxçıvan" və "Qarabağ" meydanda
Azərbaycan Premyer Liqasında III tur bu gün keçiriləcək iki oyunla sona çatacaq. İlk qarşılaşma Qəbələ şəhər stadionunda baş tutacaq və burada ‘Araz-Naxçıvan’ komandası ‘Sabah’la üz-üzə gələcək. Hazırda ‘Araz-Naxçıvan’ 1 xalla 11-ci, ‘Sabah’ isə 3 xalla 6-cı yerdədir.
Minval.info xəbər verir ki, günün ikinci oyunu Sumqayıt şəhər stadionunda keçiriləcək. Burada ‘Sumqayıt’ komandası ‘Qarabağ’la qarşılaşacaq. ‘Qarabağ’ 3 xalla turnir cədvəlində 5-ci yerdədir, ‘Sumqayıt’ isə hələ də xal qazana bilməyərək sonuncu – 12-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, turun əvvəlki oyunlarında ‘İmişli’ ‘Şəfa’nı 1:0, ‘Kəpəz’ ‘Turan Tovuz’u 1:0, ‘Zirə’ isə ‘Neftçi’ni 1:0 hesabı ilə məğlub edib. ‘Qəbələ’ – ‘Şamaxı’ görüşü isə qolsuz bərabərliklə başa çatıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib