Poverbank təhlükəsi: Məşhur stilist partlayışdan necə xilas oldu?
Məşhur stilist Anar Ağakişiyev poverbankın partlaması nəticəsində yaralandığını açıqlayıb. O, sosial mediada paylaşdığı videoda hadisə zamanı dodağının, burnunun və saçının zədələndiyini bildirib.
Minval.info xəbər verir ki, bu hadisə poverbankların təhlükəsiz istifadəsi məsələsini yenidən gündəmə gətirib. Texnologiyanın inkişafı ilə bu cihazlara olan tələbat artıb, lakin düzgün istifadə edilmədikdə ciddi təhlükələr yarada bilərlər.
Aparılan sorğular göstərir ki, bəzi paytaxt sakinləri poverbankların partlama riskindən xəbərdardır, lakin bir çoxları üçün bu təhlükə hələ də gözlənilməzdir.
Mütəxəssislər bildirir ki, belə halların əsas səbəblərindən biri keyfiyyətsiz məhsulların alınması və cihazların düzgün istifadə edilməməsidir. Hətta keyfiyyətli poverbanklar belə, yanlış istifadə edildikdə təhlükəli ola bilər. Xüsusilə cihazın uzun müddət günəş altında, avtomobildə saxlanılması və ya həddindən artıq şarjda qalması batareyanın şişməsinə və partlamasına səbəb ola bilər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib