Portağal qabığı möcüzəsi: Kosta-Rikada qurumuş torpaq yaşıllığa büründü
Kosta-Rikada həyata keçirilən qeyri-adi ekoloji layihə, kənd təsərrüfatı tullantılarının təbiətə faydalı şəkildə qaytarılması məqsədini daşıyırdı və 16 il sonra gözlənilməz nəticələr verdi.
Minval.info xəbər verir ki, bu hadisə 1997-ci ildə Quanakaste Milli Parkında baş verib. Ekoloqlar Daniel Janzen və Vinni Hallvaks, maldarlıq səbəbindən yararsız hala düşmüş torpaq sahəsini yenidən canlandırmaq üçün sitrus meyvələri istehsal edən bir şirkətlə əməkdaşlıq etdilər.
Layihə çərçivəsində meyvə şirəsi zavodundan çıxan təxminən 12 min ton portağal qabığı 3 hektarlıq əraziyə töküldü. Məqsəd, bu qabıqların zamanla çürüyərək torpağı üzvi maddələrlə zənginləşdirməsi idi.
16 il sonra tədqiqatçılar əraziyə qayıdanda böyük dəyişikliklə qarşılaşdılar. Vaxtilə quraq və yararsız olan sahə sıx meşəyə çevrilmişdi. Burada iri ağaclar bitmiş, zəngin bitki örtüyü formalaşmış və müxtəlif canlı növləri üçün əlverişli mühit yaranmışdı.
Mütəxəssislər müəyyən etdilər ki, portağal qabığı tökülən ərazidə torpağın qida maddələri və üzvi maddə ilə zənginliyi, qabıq tökülməyən qonşu sahələrlə müqayisədə xeyli artmışdır. Alimlərin sözlərinə görə, portağal qabıqları çürüdükcə torpağın quruluşunu yaxşılaşdırmış, faydalı mikroorqanizmlərin və həşəratların çoxalmasına, yerli bitkilərin sürətlə inkişaf etməsinə şərait yaratmışdır. Eyni zamanda, yaranan qalın üzvi təbəqə zərərli alaq otlarının yayılmasının da qarşısını almışdır.
Mütəxəssislər bildirirlər ki, hər ekosistemdə eyni nəticəni gözləmək olmaz. Bununla belə, Kosta-Rikada aparılan bu təcrübə, üzvi tullantıların düzgün istifadə edildiyi halda təbiətin bərpasına ciddi töhfə verə biləcəyini göstərmişdir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda qarabağ Milli Parkı yaradılır
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu
1870 tələbə ödənişsiz təhsil almaq hüququ qazandı
Yeşilçamın tanınmış aktyoru Göksel Arsoy 90 yaşında dünyasını dəyişdi
Semiramis Pekkanın oğlu Zoran Lalvani ailə həyatı qurdu
Viktoriya Bonya tənqidlərə sərt cavab verdi: "Güzgüdə özünüzə baxın!"
Elza Seyidcahan gəlinlərə qayınanaları ilə 2 il yaşamağı arzulayır