"Porsche" tank istehsal edəcəyinə dair xəbərlərə aydınlıq gətirib
“Porsche SE” holdinqi tank istehsalına qayıtmağı planlaşdırmır”.
Oxu.Az “RİA Novosti”yə istinadla xəbər verir ki, bunu Almaniyanın “Porsche SE” holdinqinin nümayəndəsi Kristof Tsemelka şirkətin tank və silah istehsalına qayıtmaq niyyətində olduğuna dair yayılan məlumatlara münasibət bildirərkən deyib.
“Porsche”nin yenidən tank istehsal edəcəyi ilə bağlı səslənən bəyanata gəldikdə, mən bunu tamamilə dəqiq və birmənalı şəkildə təkzib edə bilərəm”, – deyə o vurğulayıb.
Almaniyanın məşhur “Porsche” konserni tank və silah istehsalına başlamaq imkanlarını nəzərdən keçirir.
Oxu.Az-ın xəbərinə görə, “Europäische Sicherheit und Technik” nəşri yazıb.
Bildirilib ki, təkcə keçən il “Porsche” Almaniyanın avtomobil biznesinin zəifləməsi səbəbindən 20 milyard avro itirib. İndi şirkət rəhbərliyi gəlirli silah biznesinə girmək üçün “Volkswagen”in nümunəsini öyrənir.
Qeyd edək ki, “Porsche” sonuncu dəfə 1960-cı illərdə “Leopard 1” tanklarının hazırlanması və istehsalına başlandığı zaman silahlarla işləyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
ABŞ yeni uzaqmənzilli raketlər üçün 550 milyon dollar ayırıb
Zelenskidən sarsıdıcı etiraf – “Onları itiririk!”
Cənubi Koreya ordusunda robot dövrü başlanır
9 çağırışçıya məhkəmə-tibbi ekspertizası təyin edildi
NATO İtaliyada illik nüvə təliminə başlayır
ABŞ İranı hədəf alan intensiv hərbi əməliyyat planı hazırlayıb
Pakistan Yəməndəki müharibəyə hava əməliyyatları ilə qoşuldu