18.08.2018 - 12:24
Gündəm 1 baxış

Porno saytların bloklanması VPN-ə tələbatı kəskin artıb

VPN – Virtual Private Network (Virtual Gizli Şəbəkə) internetə başqa bir IP ünvanından qoşulmağınızı yerinə yetirən xidmətdir.

Son günlər bu xidmət ölkəmizdə daha çox istifadə olunmağa başlayıb.

Oxu.Az xəbər verir ki, sözügedən proqramlara tələbat o qədər artıb ki, VPN proqramları “İOS” əməliyyat sistemini dəstəkləyən smartfonlarda “Instagram” və “Whatsapp”dan sonra ən çox yüklənən tətbiqlər sırasında birincidir.

 

 

Analoji hal “Android” əməliyyat sistemini dəstəkləyən smartfonlar üçün də keçərlidir. Belə ki, “Play Store”da ən çox yüklənən ilk 11 proqram məhz VPN xidməti göstərən proqramlardır.

Qeyd edək ki, VPN xidmətlərdən dünyada 116 milyondan çox insan istifadə edir. VPN xidməti bloklanmış saytlara başqa ölkənin İP ünvanına qoşularaq daxil olmağa imkan verir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: